• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Masazırda kanalizasiya suları günlərdir küçəyə axır – Video



“Masazırda Akim Abbasov küçəsində, 569 nömrəli marşurut xəttinin sonuncu dayanacağına yaxın yerdə günlərdir kanalizasiya daşıb küçə boyu aşağıya doğru axır”.

Bu barədə sözügedən küçənin sakinləri Yeniavaz.com-a məlumat veriblər.

Onlar bildirirlər ki, sözügedən problem günlərdir davam etsə də, gəlib baxan, maraqlanan yoxdur:

“O qədər kanalizasiyası suyu küçədən axıb ki, küçə sanki çayı xatırladır. Uşaqlar hər səhər bu çirkab suyunun qoxusunda məktəbə gedib gəlməli olurlar. Küçənin yolu sıradan çıxdığı üçün maşınlar hərəkət edə bilmir. Ərazidəki sakinlər iydən həyətlərində dayana bilmirlər. Axan su insanların min bir əziyyətlə tikdikləri evlərə, həyət divarlarına ciddi ziyan vurur”.

Sakinlərin sözlərinə görə, onlar aylıq həm içməli suya, həm də çirkab sularının axıdılmasına görə pul ödəyirlər:

“Camaat da imkan olandan olana pul yığıb kanalizasiyanı açmağa çalışır. Belə desək, yuxarı məhəllələrdəki 200-300 evin kanalizasiyası aşağı tərəflərdə daşıb başqa 100-200 evin qabağından axır.

Burada I və II Qarabağ müharibəsində şəhid olmuş insanların ailələri yaşayır. Buradakı küçələrə I və II Qarabağ müharibəsində şəhid olanların adları verilir. Ancaq kanalizasiya məsələsi həll olunmadan qalır”.

Sakinlər aidiyyəti qurumların tezliklə məsələni həll edəcəyini ümid edirlər.


“Azərsu” ASC-dən bildirilib ki, məsələnin həlli üçün aidiyyəti üzrə tapşırıq verilib.

ƏN ÇOX OXUNANLAR

0.10051798820496