• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ararat Melkumyanın Həkəri körpüsünün yaxınlığında saxlanıldığı bildirilir



Özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “Milli Təhlükəsizlik Xidmətinin direktoru” Ararat Melkumyanın saxlanıldığı bildirilir.

Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Onun Həkəri körpüsünün yaxınlığında Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı qeyd olunur.

Hələ ki, Azərbaycan və Ermənistan rəsmiləri məlumatı təsdiqləməyiblər.

“Yeni Sabah” bildirir ki, Ararat Melkumyan bu ilin yanvarında sözügedən “vəzifəyə” təyin edilmişdi. 

O qondarma respublikanın ovaxtkı rəhbəri Arayik Arutyunyanın yaxın dostu idi.

Həmin vaxta kimi Ararat Melkumyan separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurası” katibinin müavini vəzifəsini daşıyırdı.

"General-mayor" rütbəsi daşıyan Ararat Melkumyan Qarabağ erməniləri arasında “Çolka”  ləqəbi ilə tanınır. Saç düzümünə görə "Çolka" ləqəbi almış  Ararat Melkumyan 1973-cü il fevralın 1-də Xocavənd rayonunun Qırmızı Bazar  qəsəbəsində anadan olub. Ararat Melkumyan separatçılar arasında nüfuzlu hərbçilərdən sayılırdı.

Melkumyan 1990-cı illərdən Qarabağdakı separatçı hərəkata qoşulub. O, həm 2016-cı ilin dörd günlük aprel müharibəsində, həm də 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb.

Ararat Melkumyan ötən il sentyabrın 13-də Ermənistanla sərhəddə gedən döyüşlərdə də Azərbaycana qarşı vuruşub. Belə ki, onun həmin döyüşlərə  Qarabağdan hərbi təlim keçmiş bir dəstə apardığı bildirilir.

Melkumyana qondarma “Artsaxın milli qəhrəmanı” adı da verilmişdi.  

Qeyd edək ki, general-mayor hərbi rütbəsinə malik olan Melkumyan daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin birinci ordu korpusunun komandiri və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Cəbrayıl rayonundakı işğalçı qüvvələrinin IX müdafiə rayonunun komandiri vəzifələrini icra edib.

ƏN ÇOX OXUNANLAR

0.11490106582642