• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İsrailin azərbaycanlı polisi HƏMAS-la döyüşlərdə həlak olub



Oktyabrın 9-da İsraildə HƏMAS yaraqlıları ilə döyüş zamanı Beer-Şeva şəhərindən olan polis əməkdaşı Emin Axundovun həlak olduğu bildirilir.

Bu barədə “Turan” məlumat yayıb.

Bildirilir ki, Emin Axundov əslən Sumqayıt şəhərindəndir.

Qeyd olunur ki, o, İsrailə köçdükdən sonra təhsil alıb və polisə işə qəbul edilib.

“Ailəsilə birlikdə Beer-Şeva şəhərində yaşayıb.

HƏMAS-ın İsrailə hücumdan sonra müharibəyə çağırılıb. Qəzza zolağı yaxınlığında yaşayış məntəqələrinin terrorçulardan azad edilməsi zamanı həlak olub.

Hazırda İsraildə Azərbaycandan müxtəlif millətlərdən olan 50 minə yaxın adam yaşayır”, - Agentlik yazır.

ƏN ÇOX OXUNANLAR

  • 51
Rusiyada zəlzələ olub
0.097954988479614