• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paşinyandan Moskvaya: Çevriliş etməyə çağırdılar



“Təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta açıq şəkildə Ermənistanda çevriliş etməyə çağırdılar”.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Strasburqda keçirdiyi brifinqdə deyib.

O bununla yenidən Rusiyadan şikayətlənib. 

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir: “Bununla belə, İrəvan bu münasibətləri regional əməkdaşlıq və regional ölçülərlə müqayisə etmək istəmir. Ermənistanın Avropa İttifaqı ilə əlaqələri yeni elementlə – təhlükəsizliklə tamamlanıb. Söhbət avropalı müşahidəçilərin mülki missiyasından gedir. Yerevan bu yaxınlarda Roma Əsasnaməsini ratifikasiya etdi, bu, beynəlxalq hüquqi nizamın stimullaşdırılması və inkişaf etdirilməsində maraqlı olduğunu göstərir”.

Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.13444304466248