• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Millimiz Tokio-2020 Yay Paralimpiya Oyunlarına 36-cı lisenziyanı əldə etdi



Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Qasımov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək ölkəmizə növbəti 36-cı lisenziyanı qazandırdı.

Baki.Media xəbər verir ki, bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio-2020 Yay
Paralimpiya Oyunlarına 12-i atletika, 11-i cüdo, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı olmaqla artıq 36 lisenziya əldə ediblər və bu rekord göstəricidir.

Qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.

Rio-2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanıb.

ƏN ÇOX OXUNANLAR

0.087363958358765