• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Vahid türk əlifbasının yaradılması niyə yubanır?



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Astanada keçirilən zirvə toplantısında bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, bu, dövlətlər arasında humanitar əlaqələri gücləndirməlidir. O, vahid əlifbanın yaradılması işinə 2024-cü ildə başlamağı təklif edib. 

Qeyd edək ki, əslində bu məsələ uzun illərdir ki, müzakirə olunur. Lakin bu günə qədər məsələ ətrafında tam olaraq konkret rəyə gəlmək mümkün olmayıb. Əksər türk dövlətləri hələ də vahid əlifbaya keçməyə tələsmir.  

Valyuta.az-a açıqlamasında türkoloq, filologiya elmləri doktoru, keçmiş təhsil naziri Firudin Cəlilovun fikrincə, bütün türkdilli ölkələr üzrə vahid türk əlifbasına keçidin yubanmasının kökündə bu məsələ ilə prosesdən xəbəri olmayanların məşğul olması dayanır: 

“Azərbaycan 30 ildir ki, latın qrafikasından istifadə etməklə ortaq türk əlifbasından istifadə edir. Keçən əsrin 90-cı illərin əvvəlində bütün türk alimləri İstanbulda keçirilən elmi seminarda vahid türk əlifbasına keçməklə bağlı qərar qəbul etdi. Nəticədə Azərbaycan 30 ildir ki, ortaq türk əlifbasından istifadə edir. Tatarlar da artıq 30 ildir bu əlifbaya keçib. Amma digər türk dövlətləri isə hələlik bu prosesi gecikdirirlər.

Türkiyənin özü həmin seminardan 30 il keçməsinə rəğmən hələ də ortaq əlifbanın yaranması üçün əlifbaya lazım olan 3 hərf əlavə etməyib. Burada yeni Amerika açmağa ehtiyac yoxdur. Sadəcə məsələ ilə məmurlar məşğul olur ki, onlar da prosesdən bixəbərdir. Bu işdə ləngimə həmin məsələ ilə prosesdən başı çıxmayanların məşğul olmasından qaynaqlanır. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası bir neçə dəfə əlifba ilə bağlı toplantı keçirib. Amma maraqlıdır ki, burada iştirak edənlərin hamısı prosesdən xəbəri olmayan vəzifəli şəxslərdir. Halbuki, belə tədbirlər mütəxəssislərin iştirakı ilə keçirilməlidir ki, sonda nəticə hasil olsun”. 

ƏN ÇOX OXUNANLAR

  • 50
Rusiyada zəlzələ olub
0.10187482833862