• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şimali Kiprin Azərbaycandakı nümayəndəsi: “Mübarizəmiz başımız dik, qorxusuz yaşamaq üçündür”



“Şimali Kipr Türk Cümhuriyyətinin elan olunmasının 40-cı ilini Azərbaycanda qeyd etməkdən qürurluyuq”.

“Report”un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner noyabrın 13-də Bakıda verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

“Cümhuriyyətimizin qurulması yolunda şəhid olan, bu yolda canından, qanından keçən qardaşlarımızı rəhmətlə anırıq”, - o qeyd edib.

ŞKTR-nın nümayəndəsi vurğulayıb ki, türk milləti əsarətə, işğala heç bir zaman boyun əyməyib:

“Bizim mübarizəmiz başımız dik, qorxusuz yaşamaq üçündür. Məruz qaldığımız bütün çətinliklərə baxmayaraq Kipr Türk xalqı bu gün Şimali Kipr Türk Respublikasının bayrağı altında azad şəkildə yaşamaqdadır. Ana vətənimiz Türkiyədən aldığımız dəstəklə mübarizəmiz bu gün də davam edir”.

U.Turqaner qeyd edib ki, Şimali Kipr Türk Prezidenti Ersin Tatarın sonuncu Bakı səfəri olduqca məhsuldar keçib:

“Biz inanırıq ki, iki ölkə arasındakı münasibətlər daha da genişlənəcək. İki ölkə prezidentləri arasındakı görüş Azərbaycanın Şimali Kiprlə münasibətlərinin artan xətlə davam etməsinə töhfə verəcək. Cənab Prezident İlham Əliyevə göstərdiyi diqqət və qonaqpərvərliyə görə təşəkkür edirik”.

ƏN ÇOX OXUNANLAR

0.40580010414124