• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanlı hakim-inspektora erməni ilə bir oyuna təyinat verildi



Azərbaycanlı FIFA hakim-inspektoru Asim Xudiyev erməni UEFA nümayəndəsi ilə eyni matça təyinat gəlib.

Baki.Media xəbər verir ki, o, Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Torpedo-BELAZ” (Belarus) – “Kopenhagen” (Danimarka) matçının hakim-inspektoru olacaq.

Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək oyunu iyulun 29-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Maraqlıdır ki, qarşılaşmanın UEFA nümayəndəsi ermənistanlı Armen Minasyan olacaq.

Qeyd edək ki, komandalar arasında ilk oyun “Kopenhagen”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı Avropa Birliyinin Belarusla olan ziddiyətləri səbəbindən Rusiyada keçiriləcək.

ƏN ÇOX OXUNANLAR

0.14008498191833