• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda tarixi abidə sökülüb? 



Bakı şəhəri, Səbail rayonunda tarixi binanın söküldüyü iddia edilib.

Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Qurban Abbasov küçəsinə yerləşən bina ötən gün sökülüb. 

İlk dəfə bu ilin avqust ayında binanı sökməyə cəhd olunsa da, qarşısı alınmışdı. 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmisi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bina tarixi abidə hesab edilmir: “Sözügedən bina tarixi abidə kimi abidələrin reyestrinə daxil deyildir”.

 

ƏN ÇOX OXUNANLAR

0.11062788963318