Avropa İttifaqı (Aİ) Şurası Ermənistan və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstəyi müzakirə edəcək.
Ölkə.Az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.
Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının gündəliyinə digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistana dəstəyi və İrəvanla Bakı arasında nizamlanma məsələsi də daxildir.
Bildirilir ki, Aİ Xarici Əlaqələr Şurasının sessiyası bu gün Brüsseldə Aİ diplomatiyasının rəhbəri Cozef Borelin sədrliyi ilə keçiriləcək.
İclasın əvvəlində Avropa İttifaqının xarici işlər nazirləri ABŞ dövlət katibi Entoni Blinkenlə onlayn şəkildə fikir mübadiləsi aparacaqlar.
“Mövcud məsələlər çərçivəsində yüksək nümayəndənin Ermənistan və Azərbaycanın problemləri, bu iki ölkə arasında münasibətlərin tənzimlənməsi prosesi və Aİ-nin Ermənistana dəstəyi ilə bağlı məsələlərə toxunacağı gözlənilir”, - Aİ Şurasının mətbuat xidmətinin yaydığı bildirilir.
Mürtəza
Ölkə.Az