• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Özbəkistan Azərbaycanla bu sahədə əməkdaşlığı dərinləşdirəcək



Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanla energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Sazişi təsdiq edib.

“Ölkə.azbu barədə Özbəkistan mətbuatına istinadən xəbər verir.

2023-cü il avqustun 22-də Bakıda imzalanan Saziş iki ölkə arasında enerji sektorunda qarşılıqlı fəaliyyətin inkişafı və təkmilləşdirilməsinə yönəldiləcək.

Bu beynəlxalq müqavilənin icrasına Özbəkistanın Energetika Nazirliyi cavabdeh olacaq.

Xatırladaq ki, ötən il Bakıda Azərbaycan və Özbəkistan arasında imzalanmış enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi 2023-2025-ci illəri əhatə edir. 14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur.

Sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpa olunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcəklər. Həmçinin 2023-cü ilin 26 iyul tarixində “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC ilə “Azərenerji” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorları arasında əməkdaşlığın davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi Yol Xəritəsində əks olunub.

ƏN ÇOX OXUNANLAR

0.027728796005249