Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Hərbi-siyasi akademiyada olarkən bildirib ki, əgər düşmənlər “qarşıdurmanı seçsələr”, ölkənin silahlı qüvvələri onları məhv edəcək.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, KXDR lideri zorakılıq və silahlı münaqişələrın artması səbəbindən ciddi şəkildə pisləşən mürəkkəb beynəlxalq vəziyyəti, habelə ölkə ətrafında qeyri-sabit və qeyri-müəyyən hərbi-siyasi vəziyyəti təsvir edib.
“İndi müharibəyə həmişəkindən daha çox əsaslı hazırlıq işləri aparmaq lazımdır. Hazırlıqlar daha etibarlı və qüsursuz olmalıdır, söhbət təkcə müharibədən deyil, həm də qalib gəlməli olan müharibədən gedir”, - deyə Kim Çen In bildirib.