Almaniyanın “Lufthansa” aviaşirkəti Yaxın Şərqdəki təhlükəli vəziyyətlə əlaqədar İrana uçuşları müvəqqəti dayandıracaq. Səbəb isə İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirdiyi hava hücumuna görə Tehranın qisas almağa hazırlaşması ilə bağlı xəbərlərdir.
Bu barədə şirkətdən xəbər verilib.
“Biz Yaxın Şərqdəki vəziyyəti daim izləyirik və hakimiyyətlə sıx əlaqə saxlayırıq. Qonaqlarımızın və ekipajımızın təhlükəsizliyi “Lufthansa”nın əsas prioritetidir”, - deyə mənbədən vurğulanıb.
Agentliyin məlumatına görə, İran mediası bu yaxınlarda “X” platformasında Tehran üzərində hava məkanının hərbi təlimlər üçün bağlanması ilə bağlı mesaj dərc edib. Mesaj tezliklə silinsə də, Almaniya aviaşirkəti apreldə Tehrana və Tehrandan uçuşları dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Qeyd edilib ki, “Lufthansa” və onun törəmə şirkəti “Austrian Airlines” Tehrana beynəlxalq uçuşlar həyata keçirən yeganə Qərb aviadaşıyıcılarıdır.
oxu.az