Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqından iyun ayından gec olmayaraq ölkənin təşkilata qəbulunu tələb edib.
"Ölkə.Az" xəbər verir ki, o, bu barədə Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda və Polşa Prezidenti Anjey Duda ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“İyun, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq üçün doğru vaxtdır”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Avropanın oxşar siqnala ehtiyacı var ki, Rusiya Prezidenti Vladimir Putin Qərbin zəiflik nümayiş etdirdiyini düşünməyə tələsməsin.