Moldovanın Baş nazirinin müavini, kənd təsərrüfatı və qida sənayesi naziri Vladimir Bolea Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevi qəbul edib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə səfir "X" səhifəsində paylaşım edib.
Tərəflər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, kənd təsərrüfatı sahəsində əlaqələrin intensivləşdirilməsinə sadiq olduqlarını vurğulayıblar.