Rusiya Ermənistanla münasibətlərin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışsa da, amma indiyə qədər biz bunun tam əksi istiqamətdə addımlar atdığını görürük.
Ölkə.Az xəbər verir ki, bu fikri Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasət fakültəsinin professoru, Karnegi Moskva Mərkəzinin keçmiş rəhbəri Dmitri Trenin deyib.
Onun sözlərinə görə, Rusiya rəhbərliyinin və rəsmilərinin Ermənistana qarşı addımları və davranışları son dərəcə təmkinlidir. "Çünki indiki vəziyyətdə Ermənistan Rusiya üçün önəmlidir və məncə, Rusiya sadəcə dönüb getməyəcək”, - Dmitri Trenin qeyd edib.
Rusiyalı politoloqun fikrincə, Rusiya bu məsələləri müzakirə etməyə hazırdır: "Amma görünən odur ki, Ermənistan tərəfinin indi müzakirəyə böyük həvəsi yoxdur. Başa düşürəm ki, Ermənistan rəhbərliyi bir sıra çox mühüm addımlar atıb. Bu addımlar Ermənistanı Rusiyadan daha da uzaqlaşdırmağa aparır. Mənə elə gəlir ki, Ermənistan Qərb ölkələrindən bəzi vədlər, bəzi təminatlar alır. Lakin şəxsən mənim üçün bu təminatların dəyəri şübhəlidir”.
O əlavə edib ki, hazırda İrəvanla Moskva arasında təhlükəsizlik sahəsində münasibətlər ciddi təhlükə altındadır: "Tərəfdaşlığın digər ayağı iqtisadi sahədə əlaqələrdir. Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvüdür və burada kifayət qədər uğurlu əməkdaşlıq mövcuddur. Rusiya bunu xüsusilə də indiki sanksiyalar şəraitində yüksək qiymətləndirir. Amma mənim fikrimcə, qaçılmaz olan bu sahədə Qərbə dönüş Rusiyanın Ermənistan vasitəsilə dünya bazarında məhsulların əldə edilməsinin imkanlarının azalması və ya çöküşü baş verə bilər. Bu zaman Rusiyanın Ermənistandakı marağına ciddi ziyan dəymiş olacaq".
Hazırda Cənubi Qafqazın Rusiyanın prioritetləri arasında hansı yeri tutması ilə bağlı sualı cavablandıran ekspert deyib ki, əgər sovet dövründə, imperiya dövründə bölgə sərhəd idisə, digər tərəfdən Rusiyanın cənubunu qonşu böyük dövlətlərdən və cənubdan təhdid edə biləcək xarici dövlətlərdən qoruyan baza idi: "İndi bu region ilk növbədə bizim Şimali Qafqaza bitişikdir. Və biz Çeçenistan müharibəsi zamanı qonşu dövlətlərlə münasibətlərin Rusiyanın özünün təhlükəsizliyinin təmin edilməsi baxımından nə qədər vacib olduğunu gördük".
Gürcüstan və Azərbaycana gəldikdə politolq qeyd edib ki, bu iki ölkə uzun müddətdir fərqli, lakin tamamilə müstəqil yollarla gedirlər: "Onların Rusiya ilə münasibətləri fərqlidir. Hazırda Gürcüstanla diplomatik münasibətlər yoxdur. Azərbaycan Türkiyənin yaxın müttəfiqidir, lakin bu iki ölkə ilə Rusiya kifayət qədər praqmatik və kifayət qədər məhsuldar münasibətlər qurub”, - Dmitri Trenin əlavə edib.
Ekspert onu da qeyd edib ki, Rusiya bu gün Ermənistandan Türkiyə və İrana qarşı hərbi baza kimi istifadə etmir: "Rusiya bu ölkələrin hər ikisi ilə fərqli, lakin kifayət qədər yaxın münasibətlər qurub. Və burada söhbət 19-cu əsrdə və ya 1920-ci ilin birinci yarısında olduğu kimi hərbi qarşıdurmadan getmir, ona görə də maraqlar dəyişir, əhəmiyyəti müəyyən dərəcədə artır. İqtisadiyyatda tranzit ticarəti sayəsində əhəmiyyət artıb, amma hər şey eyni vaxtda dəyişir, ona görə də maraqlar balansı və ya Rusiyanın Ermənistana marağının dərəcəsi də dəyişir. İndi mən bir daha vurğulayacağam, Rusiya Ermənistanın nəinki formal olaraq Aİİ-də qalmasında, həm də bu üzvlüyün hər iki tərəf üçün məhsuldar olmasını təmin etməkdə maraqlıdır. Təbii olaraq Rusiya çalışır ki, təhlükəsizlik münasibətləri də qorunsun və Azərbaycanla münaqişə artıq bir neçə dəfə qeyd etdiyim həmin üçtərəfli saziş çərçivəsində həll edilsin”, - rusiyalı politoloq bildiirb.
Mürtəza
Ölkə.Az