İran-İsrail gərginliyinin bitdiyi bildirilir.
Ölkə.Az Tasnim-ə istinadən xəbər verir ki, İranın BMT-dəki səfiri Səid İrəvani İsrailə cavab məsələsinin həll olunduğunu söyləyib.
O qeyd edib ki, İsrailə hücum “BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə məqsədi ilə hücum) uyğun olaraq həyata keçirilib.
Əlavə edib ki, “məsələ həll olunub, lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın reaksiyası daha güclü olacaq. Bu, İran və İsrail rejimi arasında münaqişədir, ABŞ məsafə saxlamalıdır”.