Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox fərdi yaşayış evi su altında qalıb.
“Ölkə.az” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksək rütbəli zabiti Erasıl Saypaş brifinqdə bildirib.
Onun sözlərinə görə, daşqın dövrü başlayandan xilasedicilər tərəfindən 107 119 nəfər, o cümlədən 38 457 uşaq təxliyə edilib. Müvəqqəti yerləşdirmə mərkəzlərində 7414 nəfər var:
“Hazırda səkkiz rayonda 4 870 fərdi yaşayış evi, 1 264 həyətyanı sahə və 2 035 bağ evi su altındadır. 3 mindən çox yaşayış evindən və 2 minə yaxın həyətyanı sahədən su çəkilib”.
Mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın səkkiz rayonunda fövqəladə vəziyyət qalmaqdadır. Xilasetmə əməliyyatlarında 35 mindən çox insan, 4 mindən çox texnika və 14 təyyarə iştirak edir.