• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mən heç vaxt özümü böyük məşqçi hesab etmirəm



"Liverpul"un baş məşqçisi Yurgen Klopp özünü böyük məşqçi hesab etmədiyini deyib.

“Mən heç vaxt özümü böyük məşqçi hesab etmirəm. Həyatımda heç vaxt, heç vaxt. Bu günə kimi insanların məni belə görməsinə təəccüblənirəm. Əhəmiyyətli olan yeganə şey odur ki, "Liverpul" azarkeşləri gördüyümüz işdən razıdırlar.

Arsen Venqer və ya onun kimi biri ilə müqayisəyə ehtiyacım yoxdur. Mənim üçün heç nə demək deyil. Qəbir daşımda “Budur, planetin ən uğurlu məşqçilərindən biri” yazılmasını istəmirəm. Xeyr, bu mənim üçün deyil. Həyatda insanlara kömək edən bir insan kimi xatırlanmaq istəyirəm”, - Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, almaniyalı mütəxəssis söyləyib.

Xatırladaq ki, Klopp 2015-ci ildən mersisaydlılara rəhbərlik edir. Bu müddətdə "Liverpul" Çempionlar Liqası, İngiltərə Premyer Liqası, İngiltərə Kuboku və iki dəfə Liqa Kubokunun qalibi olub.

ƏN ÇOX OXUNANLAR

0.10404205322266