• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tətildən sonra ilk iş günündə bu yollarda tıxac yarandı



Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.  

Bu barədə “Ölkə.Az”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Qeyd edək ki, Azərbaycanda 10-14 aprel tarixlərində Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri olub.

ƏN ÇOX OXUNANLAR

0.089429140090942