İsrailin İranın hücumuna cavab vermək hüququ var, lakin Böyük Britaniya İsraili Yaxın Şərqdə vəziyyəti gərginləşdirəcək addımlar atmamağa çağırır.
Ölkə.Az xəbər verir ki, bunu "Sky News" telekanalının efirində Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
“Ümid edirik ki, heç bir qisas olmayacaq, lakin bunun əvəzində dünyanın diqqəti HƏMAS-a yönəlməlidir, onlar hələ də girov saxlayırlar”, - nazir qeyd edib.
Kemeron eyni zamanda ABŞ prezidenti Co Baydenin İsrailin “qalib gəlməsi” lazım olduğu barədə bəyanatı ilə bağlı mövqeyini də açıqlayıb:
“Düşünürəm ki, bu doğrudur... Məncə, indi təkcə ürəyinizlə deyil, həm də başınızla düşünmək lazımdır. Rasional və sərt olmağın vaxtıdır”, - Britaniyalı nazir bildirib.
Mürtəza
Ölkə.Az