Venesuelalı gözəllik kraliçası Vilevis Brito əməliyyat olunduqdan sonra dünyasını dəyişib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yerli media gözəlin Karakasdakı xəstəxanada üz əməliyyatından sonra infarkt keçirərək öldüyünü yazıb.
Yerli KİV-in məlumatına görə, 24 yaşlı venesuelalı model Dominqo Lusiani xəstəxanasında üz-çənə əməliyyatı keçirib. Həkim onun dodağındakı kütləni çıxarıb və çənəsindəki aşınmanı müalicə edib.
2023-cü ildə Brito ilə gözəllik yarışmasına qatılan iştirakçılardan biri modelin üz görünüşünü dəyişdirmək üçün əməliyyat olunmadığını açıqlayıb.
Adı anonim saxlanılan qadın Britonun gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq üçün əməliyyat olunduğunu, bunun qətiyyən gözəlləşmək üçün olmadığını deyib.
Qeyd edək ki, Vilevis Brito bir neçə il əvvəl Argentinaya mühacirət edib və Buenos-Ayresdə ali təhsil alıb. O, Buenos-Ayresdə keçirilən "Miss Venesuela in World 2021" müsabiqəsində ikinci olub.
Vətəninə qayıdan Brito 2023-cü ildə doğma şəhəri La Quayranın "İdman Kraliçası" seçilib.
Billurə