• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Bakıda qalstuklu işçini velosipedlə görəcəyik” - YENİLİK GƏLİR



Bakı şəhərində nəqliyyat vasitəsi kimi elektrikli velosipedlərin icarəyə veriləcəyi gözlənilir.

“Ölkə.Az” xəbər verir ki, bununla bağlı “Azərbaycan Turizm Blogerləri Assosiasiyası” (ATBA) İctimai Birliyinin İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli məlumat verib.

O bildirib ki, velosipedlər icarə üçün münasib qiymətə təklif olunacaq və rahat yerlərdə park olunacaq: “Hətta evdən şəhər mərkəzinə işə gəlmək də mümkün olacaq. Yəni biz qalstuklu ofis işçisinin velosipedlə işə gəlmə mənzərəsini görmək xoşbəxtliyinə nail olacağıq”.

Qeyd edək ki, bir müddətdir, paytaxtda alternativ nəqliyyat vasitəsi kimi elektrikli skuterlərin icarəsi xidməti mövcuddur.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 9
"Neftçi" qalib gəldi
0.085715055465698