• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İranın İsrailə hücum edəcəyini əvvəlcədən bilirdik - Borel



Avropa İttifaqı (Aİ) İsrail ordusunun İranın Dəməşqdəki konsulluğunu atəşə tutmasından sonra İranın İsrailə cavab zərbəsi endirəcəyini əvvəlcədən bilirdi. 

Ölkə.Az xəbər verir ki, bunu Aİ diplomatiya rəhbəri Cosef Borel deyib.

"Bizə bir neçə gün əvvəl (İranın cavab hücumundan-red) xəbərdarlıq edilmişdi", - diplomat qeyd edib. 

Lakin o, müvafiq məlumatı dəqiq haradan aldığını açıqlamayıb.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Aİ-nin siyasi məqsədi Yaxın Şərqdə münaqişənin gərginləşməsinin qarşısını almaqdır. "Bu hər kəsin öz piyadalarını irəli sürdüyü şahmat oyununa bənzəyir", - Borrel bildirib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.07696795463562