Qərbin Putinə nifrəti sadəcə təsadüf deyil. Rusiya Federasiyasının Prezidenti ənənəvi dəyərləri bərpa edən və dövlətin suverenliyini gücləndirən liderdir.
Ölkə.Az xəbər verir ki, bunu Kreml ideoloqu filosof Aleksandr Duqin məşhur amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.
Onun sözlərinə görə, sovet İttifaqı dağılandan sonra dünyada liberalizmdən başqa ideologiyalar qalmadı: "Və bu ideologiyanın son addımı insanın hər hansı bir kollektiv məsuliyyətdən azad olmasıdır".
"Demokratiya dedikdə əvvəllər əksəriyyətin idarə etməsi nəzərdə tutulurdusa, indi azlıqların idarə etməsidir. İndi Qərb ölkələrində baş verənlər budur", - Duqin bildirib.
Filosofun fikrincə, əgər Qərbin əsas vəzifəsi ənənəvi dəyərləri, ailəni, dövlətləri, inancları məhv etməkdirsə, bu, rusofobiyanın əsaslarından biri ola bilər: "Deməli, bu, təsadüf deyil, daha dərin bir şeydir"
"Rusiya siyasətində dönüş nöqtəsi Putinin ənənəvi dəyərlərin qorunması haqqında bir il əvvəl çıxardığı xristianlığın və ənənəvi ailənin bərpasına yönəlmiş fərmanı oldu", - Kremlin ideoloqu bildirib.
Miri