• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Temu" məhkəməyə verildi, araşdırmalar başladı



Avropa Komissiyası (AK) Çinin “Temu” internet mağazasına qarşı “qanunsuz məhsul satdığı”na görə rəsmi araşdırmalara başlayıb.

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə AK-nin saytında məlumat verilib.

Açıqlamada deyilir ki, “Temu” platforması qeyri-qanuni məhsulların satışı ilə bağlı sahələrdə Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozmuş ola bilər. Söhbət istifadəçilərə satınalma tövsiyə etmək üçün istifadə edilən bazar alqoritmlərindən və şirkətin müştəri məlumatlarına çıxışından gedir.

Oktyabrın 11-də Avropa Komissiyası “Temu” bazarı ilə bağlı araşdırmaya başlayıb. Komissiya onlayn bazarda qanunsuz məhsul təklif edən satıcıların olması bağlı görülən tədbirlər barədə ətraflı məlumat və daxili sənədlər tələb edib.

May ayında Avropa Komissiyası Rəqəmsal Xidmətlər Qanununa uyğun olaraq “Temu” platformasını “Amazon”, “Twitter” və Tik Tok ilə birlikdə “çox böyük şəbəkə platformaları” siyahısına daxil edib. Bu platforma Avropa İttifaqında məşhurdur və orta hesabla ayda təxminən 75 milyon aktiv istifadəçi var.

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
0.037224054336548