İsrail İranın Semnan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) idarə etdiyi Şahrud Kosmik Mərkəzinə zərbə endirib.
Ölkə.Az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Amerikanın “Planet Labs” operatorunun yeni peyk görüntülərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail oktyabın 26-da İrana hücumu zamanı adıçəkilən obyekti vurub. Mərkəzdə bərk yanacaqlı raket mühərrikləri istehsal olunur. Onlar İranın İsraili vura biləcəyi orta mənzilli ballistik raketlərin kütləvi istehsalı üçün istifadə olunur.
NYT yazır ki, son illərdə SEPAH İran Silahlı Qüvvələrinin proqramından ayrı olaraq özünün raket istehsalı proqramı hazırlayıb.
Mürtəza
Ölkə.Az