ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın faşizmdə ittiham edilməsi siyasətçinin həyatına sui-qəsdlərə səbəb ola bilər.
"Ölkə.az" xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizədliyini geri götürmüş kiçik Robert Kennedi deyib.
O qeyd edib ki, bu cür təxribatçı və təhlükəli müqayisələr Amerika cəmiyyətinə pis təsir edə bilər.
“Prezident olmaq üzrə olan siyasətçinin Hitlerlə müqayisəsi, sanki bu adamı vəzifəyə başlamazdan əvvəl öldürməyə çağırışdır”, - Kennedi vurğulayıb.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer oktyabrın 23-də ABŞ Prezidenti Co Baydenin Trampı faşist hesab etdiyini açıqlamışdı.