İsrail İrana zərbə endirməsinin acı və ağlasığmaz ağır bədələni ödəməli olacaq.
Ölkə.Az "Tasnim"ə istinadən xəbər verir ki, belə bir bəyanatla İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Salami oktyabrın 28-də çıxış edib.
SEPAH komandanı xəbərdarlıq edib ki, İsrail bu təcavüzün mütləq cavabını alacaq və şübhəsiz, bu da acı nəticələrə gətirib çıxaracaq.
Salaminin sözlərinə görə, İsrail ordusunun hücumu qeyri-qanuni idi və İranın hava hücumundan müdafiəsi onu dəf etdi. "Bu, İsrail hakimiyyətinin döyüş meydanında, xüsusən də Qəzzada və Livanda yanlış hesablamalarını və çarəsizliyini ortaya qoydu", - o qeyd edib.
Mürtəza
Ölkə.Az