Nigeriyanın paytaxtında yaşayış binası çöküb, azı 40 nəfər dağıntılar altında qalıb.
Ölkə.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti məlumat yayıb.
Hadisə yerinə xilasedicilər və könüllülər cəlb olunublar və beş nəfər xilas edilib.
Qeyd edək ki, çökən binada tikinti işləri hələ tam başa çatmamışdı.