İtaliyadan olan 19 yaşlı xizəkçi Matilde Lorensi yıxıldıqdan sonra aldığı xəsarətlər nəticəsində oktyabrın 29-da dünyasını dəyişib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Beynəlxalq Xizək Federasiyası (FIS) məlumat yayıb.
Faciəvi insident oktyabrın 28-də Val Senales xizək kurortunda məşq zamanı baş verib. Qəzadan dərhal sonra qadın idmançı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bütün gecə həkimlər idmançının həyatı üçün mübarizə aparıb. Lakin bu səhər Lorensi vəfat edib.
Matilde dünyanın ən istedadlı gənc xizəkçilərindən biri hesab olunurdu. Ötən mövsüm o, İtaliya kubokunun qalibi olub.(Publika.az)