• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rüstəm Orucov Klublararası Avropa Çempionatında gümüş medal qazanıb



Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın "Srvena Zvezda" komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa Çempionatında uğurlu nəticəyə imza atıb.

"Report"un məlumatına görə, bu barədə 73 kq-da mübarizə aparan 30 yaşlı idmançı özünün instaqram səhifəsində paylaşım edib.

O, turnirdə ikinci yeri tutduqlarını yazıb. Orucov qazanılan uğura görə komanda yoldaşlarına təşəkkürünü bildirib: "Belə gözəl insanlarla tanış olduğum üçün çox şadam. Gələn il qızıl medallarımızı alacağıq"!

Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Qarabağ"da ciddi itki
0.036317110061646