• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanlı futbolçunun Çexiyada 40-cı saniyədə vurduğu qol - VİDEO



Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiya I divizionunun ilk turunda qol vurub.

Baki.Media xəbər verir ki, onun çıxış etdiyi “Viktoriya” (Jijkov) komandası Brno şəhərində “Lişen”in qonağı olub.

40-cı saniyədə Fərid müdafiəçi Mixal Jezaçın hava ötürməsindən sonra başla vurduğu qolla komandasını önə keçirib. Həmçinin Nəbiyev hesab 2:2 olduqdan sonra komandasını yenidən hesabda önə keçirə bilərmiş. Lakin top qapı tirinə tuş gəlib.

Qeyd edək ki, Nəbiyev bu matçda 82 dəqiqə meydanda olub. O, daha sonra müdafiəçi Ondrjey Jejulka ilə əvəzlənib. Məhz bundan dörd dəqiqə sonra meydan sahibləri üçüncü qolu vuraraq qələbə qazanıb.

Xatırladaq ki, Fərid Nəbiyev ötən ildən bu komandanın şərəfini qoruyur.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.084089994430542