• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yevlaxda avtobus traktorla TOQQUŞUB - 11 YARALI VAR



Bakı-Qazax yolunun Yevlaxın Qarxun kəndi istiqamətindən keçən hissəsində Goranboydan Bakıya gedən “Ford” markalı mikro sərnişin avtobusu traktorla toqquşub.

MillətinSəsi.info xəbər verir ki, qəza nəticəsində ən azı 11 nəfər xəsarət alıb.

1965-ci il təvəllüdlü Qəşəm Məmmədov, 1984-cü il təvəllüdlü Abbas Abbasov, 1980-ci il təvəllüdlü Çingiz Hüseynov, 1981-ci il təvəllüdlü  Zaur Kərimov, 2000-ci il təvəllüdlü Ayxan Rzazadə, 1970-ci il təvəllüdlü Yeganə Daşdəmirova, 1998-ci il təvəllüdlü Ülvi Allahverdizadə, 1970-ci il təvəllüdlü Gündüz Hüseynov, 2004-cü il təvəllüdlü Bəylər Rzayev, 1986-cı il təvəllüdlü Aynurə Quliyeva və onun 1979-cu il təvəllüdlü bacısı Süsən Rzayeva xəstəxanaya yerləşdirilib.

Yaralıların əksəriyyəti Goranboydakı yeni köçkün şəhərciyinin sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

ƏN ÇOX OXUNANLAR

  • 57
Putin Çinə gedir
  • 70
Bu məhsullar bahalaşdı
0.080451011657715