• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Murad Arifin bağ evinə girən ayı balasının aqibəti necə olacaq? - YENİLƏNİB + VİDEO



Sumqayıt şəhərinin Saray bağları ərazisində sakinlərin həyətinə daxil olan ayı balası Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. 

O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür: 

“Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Saray bağları ərazisindəki həyətlərə ayı balasının daxil olması ilə bağlı görüntülər yayılıb. Müğənni-bəstəkar Murad Arif ayı balasının məhz onun bağ evinə girdiyini bildirib.

14:07

Bəstəkar-müğənni Murad Arifin bağ evinə girən və oradan qaçan ayı tapılıb.

Baki.media-un əldə etdiyi məlumata görə, bağ evinə ayının girməsi ilə bağlı polisə məlumat daxil olub. Heyvanın olduğu yerdən götürülərək aidiyyəti üzrə təhvil verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat saytımıza təsdiqlənib.

12:20

Bəstəkar-müğənni Murad Arifin başına iş gəlib.

Baki.media xəbər verir ki, M.Arifin bağ evindəki həyətinə ayı balası girib.

Bununla bağlı ifaçı “Facebook” hesabında paylaşım edib.

“Mənim həyatımda bir tək ayı çatışmırdı. Səhər saat beşin yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur - red.) hasarına cumur, yaxınlaşanlara hücum edirdi. Bağımızda yaşayan ailə gecəylə video çəkib göndərib. Yatmışdım, indi xəbər tuturam. Ayı da hasardan qaçıb gedib. Xatırladıram ki, Novxanı-Qurd dərəsi zonasında ayılar olmur. Bu, kiminsə kəsib-yemək üçün saxladığı heyvan imiş, qurtulub”, - deyə o, sözlərinə əlavə edib.

Sözügedən paylaşımı təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Baki.media (@oxuaz)

İlhamə Əbülfət

ƏN ÇOX OXUNANLAR

  • 98
Putin Çinə gedir
0.099112033843994