• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Goranboyda məktəb binasına NARKOMANLAR YIĞIŞIR?



Sosial şəbəkələrdə Goranboy rayonunda yerləşən məktəblərin birinə məxsus tikilidən narkomanların istifadə etməsi barədə görüntülər yayılıb.

Rayonun 2 saylı tam orta məktəbinin otağında narkomanların yığışdığı iddia edilib.

Məsələ ilə bağlı “Kriminalqafqaz”ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, iddialar həqiqəti əks etdirmir: “Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Goranboy rayonunda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan həmin təsərrüfat binasında hər hansı bir narkotik və ya istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib”.


ƏN ÇOX OXUNANLAR

  • 12
Putin Çinə gedir
  • 55
Bu məhsullar bahalaşdı
0.25770878791809