• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıdakı həbsxanada 22 yaşlı MƏHBUS ÖLÜB



Bakıdakı cəzaçəkmə müəssisələrinin birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin Nərimanov rayonu ərazisində yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus, 2000-ci il təvəllüdlü Nağıyev İmran Nəriman oğlu qəfil vəfat edib.

İlkin müayinələrdən sonra 22 yaşlı məhkumun infarktdan öldüyü müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, İ.Nağıyev bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

ƏN ÇOX OXUNANLAR

  • 12
Putin Çinə gedir
  • 55
Bu məhsullar bahalaşdı
0.12285590171814