• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Prezident Samir İdayətovu yüksək vəzifəyə TƏYİN EDİB - SƏRƏNCAM



Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.

Bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, dövlət başçısının Sərəncamına əsasən, bu vəzifə Samir İdayətova həvalə olunub. O, bu vəzifədə Samir Qurbanovu əvəz edib.

Samir İdayətov 10 may 1980-cı ildə dünyaya gəlib. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb. 2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub.

2002-2017-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda şöbə müdiri, sədr işləyib.

2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini kimi çalışıb.

10.11.2021-ci ildən indiyə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var.

ƏN ÇOX OXUNANLAR

  • 20
Rusiyada zəlzələ olub
0.10924911499023