• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda dərman sektoru İDXALDAN ASLIDIR



“Azərbaycanda dərman sektoru idxaldan asılıdır”. 

Bunu Baki.media-a açıqlamasında “Beynəlxalq Əczaçı günü” və Respublika əczaçılarının 3-cü konfransı zamanı Əczaçılar Qrupu İctimai Birliyinin sədri Şövqi Bünyatov deyib. 

Onun sözlərinə görə, konfransın əsas mövzusu əczaçılar sektorundakı problemlərdir: “Biz burada əsas hədəfi istehsal üzərində qoymaq istəyirik. Azərbaycanda dərman sektoru idxaldan asılıdır. 95 faiz məhsul idxal olunub”. 

Ş.Bünyatov pandemiya zamanı Azərbaycanda dərman qıtlığı olduğunu qeyd edib: “Pandemiyada dərman qıtlığı müşahidə olunurdu. Yerli istehsal zəifdir. 2016-cı ildən yerli istehsalla bağlı böyük ərazi ayrılmışdı. Yerli istehsal üçün 30-40 zavod olmalıdır ki, dərman təhlükəsizliyi təhdid altında olmasın”. 

 

ƏN ÇOX OXUNANLAR

0.08816385269165