• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Valideynlərdən pul tələb edən müəllim CƏZALANDIRILDI



Abşeron rayonu, Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnarə Şahgəldiyeva Müəllimlər günü ilə bağlı valideynlərdən pul tələb etdiyi üçün şiddətli töhmət verilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Baki.media-ın sorğusuna cavab olaraq bildirilib ki, idarəyə A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli məktəbin ingilis dili müəllimi Şahgəldiyeva Gülnarə tərəfindən valideynlər qrupuna səs mesajı göndərərək Müəllimlər günü münasibəti ilə pul tələb etməsi barədə məlumat daxil olub:

“Məsələ ilə bağlı araşdırma aparılıb, müəllimin izahatı alınıb. Araşdırmanın yekun nəticəsi olaraq bildiririk ki, A. Müzəffərov adına Saray 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi vəzifəsində çalışan Şahgəldiyeva Gülnarə Səməd qızı müəllimlərin etik davranış qaydalarını ciddi şəkildə pozub, valideynlərlə işgüzar münasibətlərə aid olmayan və müəllimə yaraşmayan ünsiyyət yaratmışdır.

Müəllimlərin etik davranış qaydalarını və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq, məktəbin müəllimi Şahgəldiyeva Gülnarə Səməd qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

 

ƏN ÇOX OXUNANLAR

0.1702709197998