• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Putinin ruporu Solovyovdan Ukrayna etirafı: Ah, başlamazdıq…



Rusiya Prezidenti Vladimir Putinin əsas təbliğatçılarından olan Vladimir Solovyov, 8 aylıq müharibədən sonra rasionallıqdan danışmağa başlayıb və çox kədərli bir etiraf edib.

Baki.Media ” xəbər verir ki, o, müharibənin səkkizinci ayında izləyicilərinin suallarını cavablandırarkən qalib ruhunu unudub və gözlənilmədən canlı yayımda özünə tamamilə ağlabatan rasional sual verib.

“İndi isə rassionallıq haqqında... Bu çox maraqlı sualdır. 8 aya yaxındır ki, əməliyyatlar davam edir. Və aydındır ki, bu, artıq xüsusi əməliyyat deyil, biz NATO ilə müharibə edirik. Eyni zamanda, NATO tam formada iştirak edir. Döyüşçüləri və nə ilə istəyirsən... Avadanlıq, kəşfiyyat, hər şey var”, - deyən Solovyov dərin bir ah çəkərək, çıxışına davam edərək çox qəmli və ümidsiz bir formada deyir: “Gördüklərimizdən sonra fevralın 24-də başlamaya bilməzdikmi?”.

Görünür, Kremlin ruporuna bu fikrə gəlmək üçün təxminən 8 ay lazım imiş.

Mürtəza
Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.10560393333435