• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyalı kommunist deputat ABŞ-dan sığınacaq aldı



Müharibədən sonra Rusiyanı tərk edən Vladivostok Şəhər Dumasının deputatı Viktor Kamenşçikov sosial şəbəkələrdə ABŞ-dan siyasi sığınacaq aldığını və immiqrasiya həbsxanasından azad edildiyini yazıb. O, hazırda Mayamidə (Florida ştatı) yaşadığını bildirib.

Baki.Media xəbər verir ki, Viktor Kamenşçikov hələ bu ilin may ayının 19-da Meksika ilə ABŞ sərhədində tutulmuşdu. Ehtimal olunur ki, o, sərhədi qanunsuz keçdiyi üçün saxlanılıb. Bundan sonra o, ABŞ-a sığınacaq üçün müraciət edib.

ABŞ hakimiyyəti hələlik V.Kamenşçikovun iddialarına münasibət bildirməyib. Rusiya Federasiyası Kommunist Partiyasının Primorski vilayətinin birinci katibi, vilayət parlamentində partiya fraksiyasının rəhbəri Anatoli Dolqaçev kommunist siyasətçinin bu addımına sərt təpki göstərib. O, deputatın partiyanın şərəfini ləkələdiyini söyləyib və Kamenşçikovu satqın adlandırıb.

İlk gündən müharibə əleyhinə çıxış edən Viktor Kamenşçikov fevral ayından bəri Şəhər Dumasının iclaslarına qatılmayıb. Fevralın 27-də Kamenşçikov Kommunist Partiyasından çıxmaq barədə ərizə verib. Rus siyasətçi qərarını qondarma “dxr”, “lxr”in tanınması və Ukraynaya müdaxiləni dəstəkləyən partiya rəhbərliyinin mövqeyi ilə razılaşmamasıyla izah edib.(musavat.com)

ƏN ÇOX OXUNANLAR

0.10796999931335