• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Daşkəsəndə 29 yaşlı gəlinini öldürən qayınatanın məhkəməsi başlayır



Daşkəsən rayonunda 28 yaşlı gəlinini qətlə yetirməkdə təqsirli bilinən Məhəmmədəli Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 22.08.2022-ci il tarixdə Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin qayınatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürüb.

Məhəmmədəli Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Natiq

ƏN ÇOX OXUNANLAR

0.077975034713745