• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Səfirliklərə içərisində partlayıcı maddə olan zərflərin haradan göndərildiyi bilinib



İspaniya polisi bildirib ki, içərisində partlayıcı maddə olan 6 zərfin ölkənin şimal-qərbində yerləşən Valyadolid şəhərindən göndərilib.

Baki.Media xəbər verir ki, məktubların əksəriyyətinin zərərsizləşdirildiyi qeyd edilib. Agentlər hələ ki, göndərənin kimliyini müəyyən etməyiblər.

Qəzet mənbələri vurğulayıb ki, bunu etmək çətin olacaq. Belə ki, məktublar müşahidə kameraları olmayan adi poçt qutularına yerləşdirilib.

İşin araşdırıldığı Milli Məhkəmənin məlumatına görə, içərisində bomba olan bütün məktubların hamısı İspaniyadan göndərilib.

Xatırladaq ki, noyabrın 30-da Madriddəki Ukrayna səfirliyində partlayış baş verib. Zərfdə gizlədilən qurğunun partlaması nəticəsində səfirliyin əməkdaşı yüngül xəsarət alıb.

Digər partlayıcı paket də Ukraynaya göndərilən silahların istehsalı ilə məşğul olan “Instalaza” şirkətinə göndərilib. Ümumilikdə, İspaniyada içərisində partlayıcı maddələr olan altı zərf tapılıb.

ƏN ÇOX OXUNANLAR

0.31297492980957