• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yeni ili harada keçirək? - xəyalları gerçəkləşdirməyə qoymayan bahalaşma - VİDEO



İnsanlar hər il Yeni ili maraqlı və fərqli şəkildə qeyd etmək istəyirlər. Bir neçə il öncəyə qədər xarici ölkələrə səfərlər əsas prioritetlərdən biri olsa da, quru sərhədlərin bağlı olması və bahalı aviabiletlər ölkədaxili turizmi daha aktual edib.

Bu il də regionlara üz tutmaq istəyənlərin sayı kifayət qədərdir.

Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndizadə Baki.Media a açıqlamasında bildirdi ki, regionlarda yerləşən hotellərdə satış yüksək həddədir və demək olar ki, hotellərdə boş yer qalmayıb.

Assosiasiya sədri hotellərdəki orta qiymət hədlərindən və burada müşahidə olunan bahalaşmanın səbəblərindən də danışıb. 

Tətil günlərində hotellərlə bərabər regionlarda fərdi evlərə maraq göstərənlər də az deyil.

Daşınmaz əmlak sahəsi üzrə ekspert Bəhruz Həsənovun sözlərinə görə, vətəndaşlar daha çox qar görə biləcəkləri rayonlara üz tuturlar. Bayram ərəfəsində kirayə qiymətlərində də artım müşahidə olunur.

Ekspertin sözlərinə görə, qiymətlər daha çox tələbatın çox olduğu – Qəbələ, Quba, Qusar kimi rayonlarda daha yüksək olur.

ƏN ÇOX OXUNANLAR

0.12333106994629