• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sevinc Hüseynova: “Ötən bir həftədə Azərbaycanda vətəndaş cəmiyyəti inkişafını və fəallığını nümayiş etdirdi”



“Ötən bir həftədən çox müddət ərzində Azərbaycanda vətəndaş cəmiyyəti inkişafını və fəallığını nümayiş etdirdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Azərbaycan cəmiyyətinin Xankəndi yolunda haqlı mübarizə apardığını qeyd edən deputat bildirib ki, Azərbaycan öz ərazilərində ermənilərin ekoloji terroruna, təbii sərvətlərimizi talan etməsinə son qoyulmasını tələb edir:

“Ermənilər 30 il işğal dövründə Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə bərpa olunmayacaq zərbələr vurub. Ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq”.

“Təəssüflər olsun ki, ermənilər bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə ekoloji terrora, təbii sərvətlərimizi talan etməyə davam edir. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata uyğun olaraq erməni qanunsuz silahlı birləşmələri hələ iki il əvvəl Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin Ermənistan bu bəyanatı kobud şəkildə pozaraq ərazilərimizdə ekoloji terroru davam etdirməkdədir”, - deputat vurğulayıb.

S.Hüseynova əlavə edib ki, Azərbaycan vətəndaş cəmiyyəti haqlı olaraq bu terrora son qoymaq üçün bir həftədən çoxdur ki, etiraz aksiyası keçirir:

“Əlbəttə ki, bu etiraz aksiyalarında vətəndaş cəmiyyətinin rolu və fəallığı yüksək qiymətləndirilməlidir. Qeyri-hökumət təşkilatları milli maraqlar naminə birləşərək öz qəti mövqelərini ortaya qoydular. Bu isə Azərbaycanda indiyə qədər QHT sektorunda aparılan islahatların, vətəndaş cəmiyyətinin inkişafında ardıcıl dövlət dəstəyinin və şəffaflığın təmin olunmasının nəticəsidir. Fikrimcə, aksiya iştirakçıları öz məqsədlərinə çatmaqda israrlıdırlar”.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

ƏN ÇOX OXUNANLAR

0.22588491439819