• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

MİDA ərazisinin su altında qalmasına RƏSMİ REAKSİYA



Yağıntılı günlərdə Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksini su basması ilə bağlı sosial şəbəkələrdə foto və video görüntülər paylaşılmışdı.

Bildirilir ki, kompleksin yollarında yağış sularının axıdılması üçün heç nə qoyulmayıb. Buna görə də, yağışlar zamanı binaların ətrafı su altında qalır.

Digər tərəfdən isə bu ərazilərin vaxtilə bataqlıq olduğu, bu səbəbdən qrunt sularının toplanmasına meyilli olduğu da əsas iddialar arasında yer alır.

Mənzil İnşaatı Dövlət Agentliyinin Baki.Media ın sorğusuna cavab olaraq bildirildi ki, "Yasamal-1" və "Yasamal-2" yaşayış kompleksləri ərazisinin yaxınlığında, A.Şərifzadə küçəsində olan məişət və yağış kanalizasiya borularının tutulması və intensiv yağış yağması (ərazinin relyefi nəzərə alınmaqla) səbəbindən bu borulardan axan sular daşaraq bu əraziyə istiqamətlənib.

"Bizim kompleksin işçi heyəti operativ olaraq ehtiyat su nasoslarını tez bir zamanda işə salıb, bundan sonra “Azərsu” ASC-nin mühəndis və işçi heyətinə məişət və yağış kanalizasiya borularının təmizlənməsi və işlək vəziyyətə gətirilməsi üçün lazımi şərait yaradılıb, nəticə etibarilə su basmanın qarşısı alınaraq yaranmış vəziyyət aradan qaldırılıb", - deyə agentliyin açıqlamasında qeyd olunur.

Könül
Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.079174041748047