• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Bakı Gəmiqayırma Zavodu"nun direktoru dəyişdi



"Bakı Gəmiqayırma Zavodu" MMC-nin direktoru İmamverdi Həsənov vəzifəsindən azad edilib.

Baki.Media Report-a istinadən xəbər verir ki, zavoda rəhbərlik Elşad Nuriyevə həvalə olunub.

O, həm də İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədridir.

Xatırladaq ki, "Bakı Gəmiqayırma Zavodu" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.

ƏN ÇOX OXUNANLAR

0.74245190620422