• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ASCO ilə BGZ arasında “Ro-Pax” tipli yeni gəminin inşasına dair MÜQAVİLƏ İMZALANIB



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC arasında sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan “Ro-Pax” tipli yeni gəminin inşasına dair müqavilə imzalanıb. Sənədi ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev imzalayıblar. 

Baki.media xəbər verir ki, yeni gəmi-bərə ASCO-nun balansına qəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri ilə eyni tiplidir. Tikiləcək bu gəmi-bərə ilə 100 sərnişin, 56 vaqon-çən və ya 46 yarımvaqon və ya 50 yarımqoşqulu yük maşını daşımaq mümkün olacaq. 
Gəmi-bərənin ümumi uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metr təşkil edəcək. Dedveyti (dənizdə) 5 740 ton olacaq unikal gəmi-bərə 14 uzel/saat sürəti ilə hərəkət edə biləcək. Gəminin daimi heyəti isə 30 nəfərdən ibarət olacaq.

Qeyd edək ki, 2014-cü ildən bu günə kimi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən “Bakı Gəmiqayırma Zavodu” MMC-də 10 gəminin tikintisi ilə bağlı sifariş yerləşdirilib. Onlardan doqquzunun, o cümlədən bir yedək, üç sərnişin, iki “Ro-Pax” tipli gəmi-bərənin və üç tankerin tikintisi başa çatdırılaraq istismara verilib.

ƏN ÇOX OXUNANLAR

0.1181800365448