• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fərid Şəfiyev: “Azərbaycanla Ermənistan arasında danışıqlar üçün Vaşinqton formatı yarana bilər”



“Gələn il Ermənistan Brüsseldə aparılan danışıqlar üzrə üçtərəfli formata qayıda bilər”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, bu, bir neçə məqamdan, o cümlədən Laçın yolundakı durumdan asılıdır: “Maraqlıdır ki, Azərbaycan qalib dövlət olmasına baxmayaq, sülhə daha çox səy göstərir. Moskva və Brüssel formatı gələcəkdə bərpa oluna bilər. Həmçinin Vaşinqton formatı da yarana bilər. Amma başqa format ağlabatan görünmür. Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddialar qaldırmışıq”.

O bildirib ki, Ermənistanın Azərbaycana təzminat ödəməsi mürəkkəb məsələdir: “Bu məsələ ilə bağlı yerli məhkəmələrə müraciət olunacaq. Ümid edirəm ki, bunlar müsbət nəticələnəcək. Məsələn, Qarabağda qeyri-qanuni fəaliyyət göstərən və gəlir əldə edən İsveçrənin şirkəti var. Biz onlara qarşı İsveçrə məhkəməsində iddia hazırlayırıq”.

ƏN ÇOX OXUNANLAR

0.11801791191101